Birlikdə inkişaf edək?





















GROW lab StartapStudiyasındahəyat
GROW lab 2021-ci ildə Ferrum Capital QSC tərəfindən rəqəmsal transformasiya, innovasiya və agile mühitinin yaradılması və təşviqi üçün təsis edilib. 2022-ci ildə "Talent Factory" və "Startup Studio" olmaqla 2 sahəyə bölünüb. “Talent Factory” olaraq əsas hədəfimiz iş təcrübəsindən asılı olmayaraq, sahibkarlıq düşüncəsində olan gəncləri bir araya gətirmək və startapların inkişafına töhfə vermək üçün onları yetişdirməkdir. Məqsədimiz gənc istedadların yeni bacarıqlar əldə edərək, onları tətbiq edə, peşəkarlardan öyrənə və gələcək karyeralarına hazırlana biləcəyi, innovativ və çevik iş mühiti yaratmaqdır.
Startup Studio-da davamlı olaraq yeni yaranan tendensiyalarla bağlı araşdırmalar aparır, əldə etdiyimiz nəticələri bölüşür, yeni startaplar hazırlayır, onları praktikada tətbiq edir və maliyyə vəsaiti cəlb edirik. Komanda kimi işləyir və bir-birimizin baxış bucağına hörmətlə yanaşırıq. Bu macərada bizimlə bərabər irəliləyə, bilik və bacarıqlarınızı artıra, gözəl təcrübə qazana və startaplardan hissə əldə edə bilərsiniz. Siz də bu səyahətin bir hissəsi olmaq üçün can atırsınızsa, indi bizə qoşulun.
Agile yanaşma


Kreativlik
Motivasiya
Bizim missiyamız startap studiyamızda agile yanaşmasından istifadə edərək gənc, dinamik və maraqlı kəşf edib startap dünyasına inteqrasiya etməkdir.
Biz sizə nə təklif edirik?






Figma
Notion
Slack
Figjam

Canva

Google Drive
Figma
Notion
Figma
Notion
Slack
Figjam

Canva

Google Drive
Notion
Slack
Gələcəkdə özünü startap sahəsində görmək istəyən gənclər bu təcrübəni real korporativ mühitdə yoxlaya və öyrənə bilər.
GROW lab gənclərə özlərini və müxtəlif startap layihələrini inkişaf etdirməyə imkan verən Startup Studio və Talent Factory kimi fəaliyyət göstərir. Gənclər bütün ideyaların inkişaf prosesində iştirak edərək, məhsuldan satışa qədər prosesi idarə edir, sıfırdan qurur, inkişaf etdirir və həmçinin pul qazanırlar.
GROW lab qoşulmaq istəyənlər üçün şərtlərimiz asandır:
25%
-
Təcrübəsiz lakin vizyonlu
-
Araşdırmaya həvəsli
-
Startap mühitində inkişaf etmək istəyən
50%
-
Çevik komanda daxilində işləmək, öyrənmək və inkişaf etmək bacarığı
-
“Şablonlardan” bezmiş və davamlı böyüməyə inanan
-
Problemlərə deyil, həll yollarına vaxt ayıran
75%
-
Rəqəmsal vasitələrdən istifadəyə sürətlə uyğunlaşma bacarığı
-
Analitik düşüncəsi, rəy bildirmə və sual verə bilmə bacarığı olan insanlar
-
Eqo və özünə inam arasındakı fərqi bilən
100%
-
Matrix-dəki Morpheus kimi
-
Yaxşı ünsiyyət qurma bacarığı
-
II, III, IV kurs bakalavr və ya magistratura tələbələri